Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA SEÇKİQABAĞI KAMPANİYA: DAHA AZAD, DAHA ƏDALƏTLİ VƏ DÜZGÜN QİYMƏT GÖZLƏYƏN SEÇKİLƏR

ABŞ-dakI Ceymstaun Fondunun Rusiya və Avrasiya üzrə regional eksperti Vladimir Sokorun “Eurasiya dayly monitor” qəzetinin 27 oktyabr nömrəsində Azərbaycan haqqında məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

AZƏRBAYCANDA SEÇKİQABAĞI KAMPANİYA:

DAHA AZAD, DAHA ƏDALƏTLİ VƏ DÜZGÜN

QİYMƏT GÖZLƏYƏN SEÇKİLƏR

Azərbaycanda nümayişçilər azad və ədalətli seçkilər keçirilməsinə çağırırlar. Bakının mərkəzi meydanında radikal müxalifətin qanunsuz mitinqlərinə mane olmağa çalışan dəyənəkli polis obrazı Azərbaycanın həqiqətən azad və ədalətli seçkilər keçirilməsinə doğru getməsindən beynəlxalq diqqətin yayınmasına görə qismən cavabdehdir. Digər yayındırıcı amillər müasir, çoxpartiyalı seçkilərin yerli hakimiyyət orqanları tərəfindən öyrənilməsi kimi çətin prosesdən, habelə radikal müxalifətin ölkədə populyarlığının aşağı olan reytinqini xarici kütləvi informasiya vasitələrində verilən yazıların sərlövhələri ilə kompensasiya etmək strategiyasından ibarətdir. Bu strategiya Azərbaycanda həm də mötədil, qeyri-inqilabi partiyaları əsassız olaraq kölgədə qoymağa xidmət edir.

Azərbaycanda demokratik seçkilər keçirilməsinin tarixi təcrübəsinin olmamasını və vəziyyətin sabitliyini zorakılıq yolu ilə pozmaq sahəsində yaxın keçmişin təcrübəsini nəzərə alsaq, görərik ki, Qərbin havadarlığı bəzən reallıqdan gözlənilə bilənlə uyğun gəlmir.

Azərbaycan rəhbərliyi bu kampaniyanın əvvəlində beynəlxalq təşkilatlara və Qərb ölkələrinin hökumətlərinə izah etmişdir ki, o, mükəmməl seçkilər keçirilməsini vəd edə bilməz, lakin bütün əvvəlki seçkilərlə müqayisədə, daha ədalətli və daha azad seçkilər keçirilməsini vəd edə bilər. Bu öhdəliklər indiyədək yerinə yetirilir. Mərkəzi Seçki Komissiyası parlamentdə 125 yer (hamısı birmandatlı dairələr üzrədir) uğrunda sentyabrın 6-dək təxminən 2200 namizədi qeydə almışdır. Qeydiyyat prosesindən bəzi hallarda müxalifət namizədlərinə qarşı istifadə edildiyi əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə qeydiyyat maneəsiz və müxalifət tərəfindən, əslində, heç bir şikayət olmadan başa çatdırıldı. Namizədlərin sayı çox olduğundan prosesə istər hökumət tərəfindən, istərsə də müxalifət blokları tərəfindən mərkəzləşdirilmiş qaydada nəzarət etmək son dərəcə çətindir. Dairələrin əksəriyyətində eyni müxalifət bloklarının (biz hələ bir-biri ilə rəqabət aparan müxalifət bloklarını demirik) namizədləri kimi, hökumətyönümlü qrupların da namizədləri bir-biri ilə rəqabət aparırlar. Beynəlxalq təşkilatların xahişi ilə Prezident İlham Əliyev iyunda, kampaniyanın başlanğıc mərhələsində müxalifətin ən fəal üzvlərindən 7 nəfərini əfv etdi, halbuki onlar zorakılıq və Konstitusiyaya zidd əməllərinə görə mühakimə olunmuşdular. Əliyev bunu onunla əsaslandırırdı ki, hakimiyyətə elə bir risk olmadan bu adamların azadlığa buraxılması geniş milli həmrəylik və sabitlik sayəsində mümkün olmuşdur. Dövlət və müstəqil televiziya kanalları ilə yanaşı, İctimai Televiziya da açıldı. Seçki qanunvericiliyinə uyğun olaraq, bütün telekanallarda bloklar, partiyalar və ayrı-ayrı namizədlər üçün həm pullu, həm də pulsuz seçkiqabağı təbliğat aparılır. İqtidarın müəyyən üstünlüklərinə baxmayaraq, telekanallardan müxalifətin geniş istifadə etmək imkanına malik olması indiki seçkiqabağı kampaniyanı əvvəlkilərdən köklü surətdə fərqləndirir.

2003-cü ilin oktyabrında Azadlıq meydanında Müsavat Partiyasının törətdiyi əməllərə görə Bakıda qadağan olunmuş nümayişlərə iyunda yenidən icazə verildi və nümayişlər bu yaxın vaxtlaradək davam edirdi. Müxalifət qəzetlərinin Bakı metropolitenində satışına qoyulmuş qadağa da götürüldü. İqtidar nümayişlər keçirmək üçün müxalifətə paytaxtın mərkəzində beş meydan ayırdı. Lakin radikal müxalifətin liderləri nümayişlərin Azadlıq meydanında və paytaxtın digər yerlərində keçirilməsində təkid edirlər. Bu isə, demək olar, hər bazar günü müxalifətin qrupları ilə polis arasında mütəmadi toqquşmalara gətirib çıxarırdı. Şübhəsiz ki, belə vəziyyət müxalifətə sərf edirdi.

Qarmaqarışıq təşkil edilən əvvəlki seçkilərdən fərqli olaraq, bu il seçicilərin siyahıları kifayət qədər diqqətlə tutulmuşdur və onları həm seçicilərin özləri, həm də müşahidəçilər yoxlaya bilərlər. MSK seçicilərin siyahılarını internetdə yerləşdirmişdir.

Azərbaycan hökuməti təxminən 1500 beynəlxalq müşahidəçi dəvət etmişdir ki, bu da 4500 seçki məntəqəsi olan ölkə üçün olduqca böyük rəqəmdir. Bundan əlavə, seçki qanunvericiliyinə olunan düzəlişlər siyasi partiyaları və ayrı-ayrı namizədləri təmsil edən yerli müşahidəçilərə səsvermənin gedişini və səslərin hesablanmasını izləməyə imkan verir. Ehtiyat tədbirlərini nəzərə alaraq, seçki qutularında saxta bülletenlər olacağı, əslində, qeyri-mümkündür.

Azərbaycanda ilk dəfə olaraq exit-pol keçiriləcəkdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 1000-dən çox seçki məntəqəsində exit-polları maliyyələşdirəcəkdir. Azərbaycan hökuməti Yeni Azərbaycan Partiyası namizədlərinin hökmən qalib gələcəyinə əmindir. İctimai rəy sorğularının göstərdiyi kimi, Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının yüksək reytinqinə uyğun olaraq, bu qələbə gözlənilir.

Ötən seçkilərin gedişində yerli hakimiyyət orqanlarının nümayəndələri iqtidarın namizədlərinin qələbəsini, - hətta bu qələbə açıq-aşkar olanda da, - artırmaq məqsədi ilə səsvermə zamanı təzyiq göstərirdilər. Bu praktika səsvermənin nəticələrinin legitimliyini şübhə altına qoyur və bütün hallarda uduzacaq müxalifətə fırıldaqlar işlədildiyini bəyan etməyə imkan verir. İlham Əliyev 2003-cü il prezident seçkiləri zamanı yerli məmurlara belə praktikaya əl atmamaq barədə xəbərdarlıq etmişdi. Lakin, görünür, onun xəbərdarlığı regional hakimiyyət strukturlarının nümayəndələrini inandırmadı. Onların fikrincə, seçkilərdə qələbə üçün 60 və ya 70 faiz səs toplamaq yetərli deyildi və bunun bilərəkdən 80 faizə qaldırırdılar. Prezident bu xəbərdarlığı indiki parlament seçkilərinin gedişində də xatırlatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına