Azərbaycanda üzgüçülük məşqçiləri üçün növbəti seminar keçiriləcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 28-29-da Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək seminara Olimpiya komplekslərində, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əyani və qiyabi tələbələri dəvət olunublar. Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının direktoru İvan Petrov aparacaq.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]