Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı Birgə Bəyanat yayıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı Birgə Bəyanat yayıblar

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşa-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistan tərəfinin, xüsusilə erməni kilsəsinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək məqsədilə yaydığı müraciətlərlə əlaqədar dekabrın 20-də Birgə Bəyanat qəbul edib.

AZƏRTAC Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadla Bəyanatı təqdim edir.

İlk növbədə, qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır və Azərbaycanın sülhsevər siyasətinin prioritetlərindən irəli gəlir. Etirazçılar Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ekologiyasının çirkləndirilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Müstəqil fəallar tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir və bu fəaliyyətin monitorinq olunması haqqında öncə müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, onlar separatçı qüvvələr tərəfindən həmin obyektlərə buraxılmamışlar. Hazırda etirazçılar göstərilən yataqlarda yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər.

Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusilə Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyildir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün “qaynar xətt” yaradılıb.

Aksiya zamanı Ermənistan mətbuatında və erməni diasporunun təbliğatında Xankəndi-Laçın yolunun Azərbaycanın qeyri-hökumət təşkilatları və media nümayəndələri tərəfindən bağlanması barədə iddia da əsassızdır, belə ki, adıçəkilən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktı bəyan olunub. Çox heyfsilənirik ki, erməni kilsəsi ədalət nümayiş etdirərək həqiqəti çatdırmaq əvəzinə, siyasi konyunktura uyğun qərəz və böhtan mövqeyindən məsələyə yanaşır, dinc etiraz aksiyasını “etnik təmizləmə siyasəti” və “qeyri-insani hərəkət” kimi qələmə verməyə çalışır. Erməni kilsəsinin hadisələri “erməni blokadası və humanitar fəlakət” kimi təqdim etməyə cidd-cəhd etməsi təxribat və qarayaxmadan başqa bir şey deyildir. Azərbaycan yolları bağlayan deyil, yeni yollar, körpülər inşa edən dövlətdir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

Acı həqiqət ondan ibarətdir ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə, təbii sərvətləri talama, mənəvi irsi dağıtma, ekosistemə qarşı cinayətlər nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışlar. İşğal dövründə ərazinin flora və faunası məhv edilmiş, torpaqları yandırılmış, su hövzələri zəhərlənmişdir. Şəhər və kəndlərimiz urbisid nəticəsində yer üzündən silinmişdir. Basdırılmış saysız-hesabsız minalar səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı ləngiyir, yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanları sırasındadır. Münaqişə dövründə itkin düşmüş 4 mindən çox vətəndaşımızın aqibəti hələ də məlum deyil. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlər tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyası təhqir olunub.

Azərbaycan sülhsevər dövlətdir və bunu münaqişənin davam etdiyi üç onillik müddətə yaxın dövrdə sülh yönündə danışıqlarda ardıcıl iştirakı ilə, habelə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda fəal iştirakı ilə nümayiş etdirib. Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur. Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.

Biz, dini konfessiya rəhbərləri daim Uca Yaradanımızın buyurduğu yolla gedərək bəşəri dəyərlərə, humanist məramımıza və dinc birgəyaşayış ideyalarına sadiq olmuşuq və həmişə qonşu Ermənistanın din xadimlərini sülhə, müharibə ritorikasından əl çəkməyə çağırmış və dialoqa üstünlük vermişik. Bu Bəyanatımızla biz erməni kilsəsini Uca Yaradanımızın buyurduğu ideallara istinadən həqiqətləri söyləməyə, Qarabağda yaşayan dinc erməni əhalini revanşizmə sürükləməməyə, kövrək sülh şəraitində qızışdırıcı fəaliyyətlə məşğul olmamağa çağırırıq. Öz növbəsində, Qarabağın dinc erməni əhalisini yaşadıqları torpaqlarda Uca Allahın bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edirik.

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
 
Arximandrit ALEKSİY
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
 
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
 
Robert MOBİLİ
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar