“AZƏRBAYCANDAN OLAN MAESTRO” ADLI SƏNƏDLİ FİLM NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov filmin nümayişindən qabaq dünya şöhrətli bəstəkarımızın yaradıcılığından, qazandığı uğurlardan, Azərbaycan musiqisini beynəlxalq ələmdə yüksək ləyaqətlə təbliğ etməsindən ətraflı söz açmışdır. Bildirmişdir ki, bu, F.Əlizadə haqqında çəkilmiş ikinci sənədli filmdir. Birinci film qardaş Türkiyədə lentə alınmış və müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Natiq xüsusi vurğulamışdır ki, həmin filmlərə baxanda Azərbaycan vətəndaşı olduğun üçün fəxr edirsən.
Valdermar Steil və Cahangir Zeynallının ssenarisi əsasında Almaniya kinematoqrafçılarının lentə aldığı filmdə bəstəkarın tərcümeyi-halından söz açılmaqla yanaşı, həm özünün, həm də görkəmli alman musiqiçilərinin ifasında əsərləri də təqdim olunur.
F.Əlizadənin yalnız Almaniyada səsləndirilmiş əsərləri əsasında çəkilmiş 55 dəqiqəlik fimdə böyük Şərqlə Qərbin uğurlu sintez olunduğu musiqidən parçalar tamaşaçıları valeh edirdi. Sənədli lentdə alman müsiqişünaslarının müsahibələrində F.Əlizadənin yaradıcılığı yüksək qiymətləndirilir.
Yeni sənədli ekran əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.