Azərbaycanın 3x3 basketbol millisinin baş məşqçisi: Təsnifat oyunlarında sonadək döyüşəcəyik
Bakı, 8 yanvar, AZƏRTAC
“Ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi Ratomir Deliç “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan təsnifat matçlarındakı rəqibləri dəyərləndirərkən deyib.
Serbiyalı mütəxəssis bütün komandaların güclü olduğunu bildirib: “Hər bir kollektivin şansı var. Güclü komanda seçməli olsam, Niderland millisinin adını çəkərdim. Onlar favoritlərdən biri hesab olunurlar. Bu, idmandır və hər şey ola bilər. İndi nəsə deməyin mənası yoxdur. Sadəcə, nəyə qadir olduğumuzu göstərməliyik. Oyunçularımın qarşıya qoyulan məqsədə çatmaq üçün sonadək döyüşəcəklərinə inanıram”.
O, komandanın təlim-məşq toplanışına qatılacağını söyləyib: “Serbiyada hazırlıq keçəcəyik. Ümid edirəm ki, mart ayında hansısa turnirdə iştirak edərik. Bilirsiniz ki, yeni formalaşmış komandayıq. Qızlar ötən mövsüm birlikdə oynamadılar. Təcrübə toplamalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat oyunlarında Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]