AZƏRBAYCANIN BELÇİKADAKI SƏFİRLİYİNDƏ GÖRÜŞ
A.Məmmədov səfirliyin fəaliyyəti, Belçikadakı beynəlxalq təşkilatlarla əlaqələrdən, Avropada güclü olan erməni lobbisinin ölkəmizə qarşı apardığı təbliğatdan danışmış, Azərbaycan diasporunun təşkilatlanma prosesinə toxunmuşdur.
Söhbət zamanı Belçikadakı Azərbaycan diasporunun daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılmış, onun DAK ilə əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizin tarixindən bəhs edən kitabların ingilis və fransız dillərinə tərcümə edilərək Avropada yayılması, DAK-ın təşəbbüsü ilə Belçikada ucaldılacaq abidənin hüquqi cəhətdən həllinin tapılması barədə təkliflər səslənmişdir.