AZƏRBAYCANIN BİZNES İMKANLARI İSVEÇRƏDƏ TƏDQIM OLUNACAQ
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AİİTF) AZƏRTAC-a bildirmişlər ki, bu il martın 9-da Sürix şəhərində Azərbaycan-İsveçrə İnvestisiya seminarı keçiriləcəkdir. Seminar AİİTF, Azərbaycanın İsveçrədəki səfirliyi və İsveçrədə İnvestisiyaların Təşviqi Təşkilatı (İİTT) tərəfindən təşkil olunacaqdır. Seminarda respublikamızın dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdən məqsəd Azərbaycanı İsveçrə şirkətlərinə və hökumətinə etibarlı iş tərəfdaşı kimi tanıtmaqdır.
AİİTF-nun prezidenti Emil Məcidov demişdir ki, başçılıq etdiyi qurum 2003-cü ildən İİTT ilə əməkdaşlıq edir. İsveçrə təşkilatı 2003-cü ildə Bakıda ilk Beynəlxalq investisiya konfransı keçirmişdir, indi isə biz Sürixdə investisiya seminarı təşkil edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]