Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar
Bakı, 9 fevral, AZƏRTAC
Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil olunub. Olimpiya sistemi ilə keçirilən turnirdə Azərbaycan komandası uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığması burada daha bir neçə turnirdə iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]