Azərbaycanın daha bir cüdoçusu Yay Olimpiya Festivalında fəxri kürsüyə qalxıb
Bakı, 24 iyul, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş və Aysun Məmmədova (52 kiloqram) bürünc mükafat qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]