Azərbaycanın dövlət bayrağı Kiyevin səmasında dalğalanıb VİDEO
Kiyev, 26 iyun, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar Kiyevdə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Azərbaycanın üçrəngli Dövlət Bayrağı Kiyevin səmasına qaldırılaraq Ukrayna paytaxtının əsas mərkəzi yerlərində ucaldılıb. Xüsusi dronlar vasitəsilə dövlət bayrağımız Kiyevin mərkəzi yerlərində bir neçə saat dalğalanıb.
Aksiya ukraynalıların marağına səbəb olub və ukraynalılar bayrağın görüntülərini sosial şəbəkələrdə bölüşüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev