Azərbaycanın fövqəladə hallar naziri Türkiyəyə səfərə yola düşüb
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə Görüşündə iştirak etmək üçün qardaş Türkiyə Respublikasına səfərə yola düşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində K.Heydərovun Ankarada TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə Görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.