AZƏRBAYCANIN FUTBOL ÜZRƏ YIĞMA KOMANDASI FİFA-NIN YENİ REYTİNQ CƏDVƏLİNDƏ 20 PİLLƏ İRƏLİLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, FİFA aprelin 18-də dünya yığma futbol komandalarının yeni reytinq cədvəlini açıqlamışdır. Finlandiya millisi üzərində qazanılan sonuncu qələbə (1:0) Azərbaycan yığmasının birdən-birə 20 pillə irəliləməsinə səbəb olmuşdur.
Hazırda Şahin Diniyevin yetirmələri uzun müddət geri qaldıqları Latviya (104-cü yer), Estoniya (110), Ermənistan (127) və digər komandaları qabaqlayaraq 103-cü yeri tuturlar.
Reytinqdə birinci yerə İtaliya yığması yüksəlmişdir. Argentina ikinci, Braziliya komandası isə üçüncü pillədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]