AZƏRBAYCANIN GƏNC ŞAHMATÇISI DÜNYA ÇEMPİONATINDA LİDERLİK EDİR
AZƏRTAC xəbər verir ki, Vyetnamda keçirilən gənc və yeniyetmə şahmatçılar arasında dünya çempionatında artıq 6 tur oynanılmışdır. Dünya çempionu tacı uğrunda mübarizədə 18 azərbaycanlı şahmatçı 8-18 yaş qruplarında mübarizə aparırlar.
Azərbaycan şahmatçılarından ən yüksək nəticəni Günay Məmmədzadə (8 yaş) göstərir. O, bütün görüşlərini udaraq (6 oyundan 6 xal) turnir cədvəlinin önündə gedir və ən yaxın izləyicilərini 1 xal qabaqlayır.
Digər həmyerlilərimizdən Abdulla Qədimli (8 yaş) 5 xal, Çingiz Məhərrəmli (8 yaş), Çingiz Rzayev (12 yaş), Ülvi Bacarani (14 yaş) və Vasif Durarbəyli (16 yaş) 4,5 xal toplayıblar.
İsveçrə sistemi ilə keçirilən turnirdə 11 tur oynanılacaqdır.
Yarışlar oktyabrın 30-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]