AZƏRBAYCANIN GƏNC VOLEYBOLÇULARI AVROPA ÇEMPİONATINDA NÖVBƏTİ QƏLƏBƏLƏRİNİ QAZANMIŞLAR
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycanın gənc qızlardan ibarət yığma voleybol komandası Türkiyədə Avropa çempionatının qrup seçmə mərhələsinin ikinci qarşılaşmadan sonra liderlər sırasına yüksəlmişdir. Azərbaycan voleybolçuları ikinci görüşdə İsrail komandasını 3:0 (25:22, 25:16, 25:14) hesabı ilə məğlub etmişlər.
Xatırladaq ki, turnirin ilk günü voleybolçularımız Slovakiya millisindən güclü olmuşlar - 3:0. Hazırda hərəyə 4 xal toplamış Türkiyə və Azərbaycan yığmaları qrupda birinci - ikinci yerləri bölüşürlər. Azərbaycan komandasının növbəti rəqibi Türkiyə millisi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]