AZƏRBAYCANIN GÜRCÜSTANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ SOYDAŞLARIMIZIN PROBLEMLƏRİNİ PARLAMENT SƏDRİNİN DİQQƏTİNƏ ÇATDIRMŞDIR
Müvəqqəti işlər vəkili parlament sədrindən əkinəyararlı torpaq sahələrinin paylanması zamanı azərbaycanlılara qarşı yol verilmiş ayrı-seçkilik hallarının aradan qaldırılması üçün hüquqi baza yaradılmasını xahiş etmişdir. Parlamentin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsində azərbaycanlıların ərizələrinə laqeyd münasibətə, cinayət işlərinin açılmamasına, milli kadrların vəzifələrə təyin olunmamasına və digər məsələlərə də diqqət çəkilmişdir.
N.Burcanadze qaldırılan problemlərin həlli istiqamətində lazımi tədbirlər görüləcəyini bildirmişdir.
Görüşdə Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, qlobal layihələrin gerçəkləşdirilməsinin hər iki ölkə xalqlarının rifahının yüksəldilməsində rolu barədə ətraflı söhbət aparılmış, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu layihələrin həyata keçirilməsində əvəzsiz xidmətləri minnətdarlıqla qeyd olunmuşdur.