Azərbaycanın həndbol klubu Avropa Kubokunda ilk oyununa çıxır
Mingəçevir, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, mübarizəyə II mərhələdən start verəcək Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkəcək.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə edəcəklər.
Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, komandaların cavab oyunu eyni məkanda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]