Azərbaycanın iki cüdoçusu ikinci Avropa Oyunlarında dörddəbir finala yüksəlib
Minsk, 23 iyun, AZƏRTAC
İyunun 23-də - II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın üç təmsilçisi mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov onaltıdabir finalda monteneqrolu Sedrik Bessini ipponla məğlubiyyətə uğradıb. İdmançımızın səkkizdəbir finaldakı rəqibi 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi italiyalı Fabio Bazile olub. Olimpiya çempionunu məğlub edən Rüstəm Orucov adını dörddəbir finala yazdırıb.
Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov onaltıdabir finalda macarıstanlı Mikloş Unqvaridən üstün olub. Səkkizdəbir finalda israilli Din Yaakov Gemeri mübarizədən kənarlaşdıran idmançımız dörddəbir finala yüksəlib.
Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) ilk görüşündə rumıniyalı Stefania Adelina Dobreyə məğlub olaraq mübarizəni dayandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]