Azərbaycanın iki idman gimnastı Dünya Kubokunda çıxışını başa vurub
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanın iki idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, Nikita Simonov və Dəniz Əliyeva final mərhələsində mübarizə aparıblar.
N. Simonov halqalarla hərəkətlərin icrasında dördüncü, D. Əliyeva isə dayaqlı tullanma proqramında 6-cı yeri tutub.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq. Azərbaycanın daha bir təmsilçisi Aydın Əlizadə dayaqlı tullanma proqramında həlledici raundda qüvvəsini sınayacaq.