Azərbaycanın İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 10 fevral, AZƏRTAC
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Nümayəndə heyətinə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər daxildir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, səfər çərçivəsində Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və Tbilisidəki azərbaycanlı iş adamları ilə görüşlər keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]