Azərbaycanın işğal altındakı ərazilərində istehsal edilən məhsulların Avropaya qanunsuz idxalının qarşısı alınmalıdır
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev mayın 7-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Nazir müavini M.Məmmədquliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.
Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Avropaya qeyri-qanuni şəkildə idxalı hallarından narahatlığını ifadə edən M.Məmmədquliyev bunun qarşısının alınması məqsədilə Avropa İttifaqı tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]