Azərbaycanın Macarıstandakı səfirliyində səsvermə davam edir
Budapeşt, 11 aprel, AZƏRTAC
Macarıstanın Budapeşt şəhərində təşkil edilmiş 17 saylı Yasamal 3-cü dairə seçki komissiyasının 52 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00 da açıq elan edilib.
AZƏRTAC xəbər verir ki, ölkədə yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Səsvermə prosesi qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt