AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİ İRAQDA RUSİYA DİPLOMATLARININ QƏTLƏ YETİRİLMƏSİ İLƏ ƏLAQƏDAR BAŞSAĞLIĞI VERMİŞDİR
Faciə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də Prezident Putinə dərin hüznlə başsağlığı vermişdir.
Azərbaycanın Moskvadakı səfirliyi Rusiya diplomatlarının İraqda faciəli ölümü ilə əlaqədar RF XİN-ə başsağlığı məktubu göndərmişdir. Məktubda bu dəhşətli cinayət pislənir, Rusiya XİN-in kollektivinə, qətlə yetirilən həmkarların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verilir.