Azərbaycanın Moskvadakı səfirliyində yaradılan seçki məntəqəsində 1499 seçici qeydiyyata alınıb
Moskva, 11 aprel, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış seçki məntəqəsində səsvermə davam edir.
AZƏRTAC xəbər verir ki, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsi Moskva vaxtı ilə saat 08:00-da açılıb, ilk seçicilər səsvermədə iştirak ediblər. Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə 1499 seçici qeydiyyata alınıb.
Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da seçki məntəqələri fəaliyyət göstərir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva