Azərbaycanın qadın cüdoçuları Avropa kuboku yarışını 2 medalla başa vurublar
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın qadın cüdoçuları Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən açıq Avropa kuboku yarışını 2 bürünc medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, qitə turnirində komandamızın üzvləri Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) üçüncü yeri tutublar. Qeyd edək ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusu iştirak edib. Avropa kuboku yarışına 27 ölkədən 230-dan çox cüdoçu qatılıb.
Xatırladaq ki, A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.