Azərbaycanın qadın voleybolçuları Avropa çempionatının yarımfinalında YENİLƏNİB
Bakı, 29 sentyabr, AZƏRTAC
Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb - 25:21.
Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə qarşılaşacaqlar.
19:03
Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq böyük fərqlə qələbə qazanıb - 25:18.
18:32
Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20.
18:02
Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar.
Yarımfinalın sonuncu iştirakçısı saat 20:30-da Rusiya və Türkiyə voleybolçuları arasında qarşılaşmadan sonra müəyyənləşəcək.