AZƏRBAYCANIN QARSDAKI BAŞ KONSULLUĞUNUN YENİ BİNASI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun yeni binası ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, burada əsaslı təmir işlərinə 2007-ci ilin əvvəlində başlanmışdı, hazırda son tamamlama mərhələsidir.
İkimərtəbəli binada iş otaqlarından əlavə, akt və konfrans salonları da olacaq, konsulluğun işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılacaqdır.
Konsulluq 1921-ci ildə tarixi Qars müqaviləsinin imzalandığı binanın qonşuluğunda yerləşəcəkdir.
Prezident İlham Əliyev bina ilə tanış oldu, işlərin yüksək səviyyədə və tez başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.
######
![]() |
![]() |
![]() |


