Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qətiyyətli reinteqrasiya siyasəti və Gürcüstanın uğursuz təcrübəsini təşviq edənlərin məqsədi - TƏHLİL

Azərbaycanın qətiyyətli reinteqrasiya siyasəti və Gürcüstanın uğursuz təcrübəsini təşviq edənlərin məqsədi -  TƏHLİL

Bakı, 9 sentyabr, AZƏRTAC

Son zamanlar bəzi ekspertlər tərəfindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı dəqiq siyasətinin və ya planının olub-olmaması ətrafında müzakirələr aparılır. Müzakirələr zamanı səsləndirilən məsələlərdən biri budur ki, Azərbaycan hələ də erməniləri necə reinteqrasiya edəcəyi barədə planını ictimaiyyətə açıq elan etməyib və bu baxımdan Gürcüstanın uğursuz təcrübəsini yaxşı nümunə kimi göstərməyə, bəzən məsələnin mahiyyətini qəsdən təhrif etməyə və reinteqrasiya prosesini bilərəkdən gözdən salmağa çalışırlar. Təbii ki, bu cür yanaşma doğru deyil və qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Azay Quliyevin “Azərbaycanın qətiyyətli reinteqrasiya siyasəti və Gürcüstanın uğursuz təcrübəsini təşviq edənlərin məqsədi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə Azərbaycanın reinteqrasiya ilə bağlı siyasətinin nədən ibarət olduğuna faktlarla qısa nəzər salınır:

Birincisi, Azərbaycan ən ali, Prezident İlham Əliyev səviyyəsində Qarabağdakı potensial erməni vətəndaşlarının ölkəmizin siyasi, sosial, iqtisadi və hüquqi məkanına reinteqrasiyası prosesinin necə həyata keçirilməli olduğunu yerli və beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan edib. Bunun üçün, ilk növbədə, beynəlxalq hüququn, Azərbaycanın Konstitusiyası və qanunlarının tələblərinə uyğun olaraq Qarabağ ermənilərinin təhlükəsizliyinə, qanuni maraqlarının və hüquqlarının təminatına zəmanət verilir.

İkincisi, rəsmi Bakı reinteqrasiyanın bütün müddəalarını detallı şəkildə müzakirə edib razılaşdırmaq məqsədilə Qarabağ erməniləri ilə heç bir kənar vasitəçi olmadan birbaşa dialoqun qurulmasının vacibliyini bildirib. Bu məqsədlə Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Cari il martın 1-də isə ilkin müzakirələrin keçirilməsinə nail olub. Dialoqun davamı üçün Bakıda, Yevlaxda və ya Bərdədə görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb, lakin Ermənistanın və separatçı qüvvələrin təhriki ilə növbəti görüşlər hələ ki, baş tutmayıb.

Üçüncüsü, Azərbaycan reinteqrasiya prosesinə mane olan bir sıra məsələlərin, xüsusilə Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunaraq ərazilərimizdən çıxarılmasını, Qarabağın ermənilər yaşayan hissəsinin Ermənistan tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını, ərazinin işıq, qaz, internet, ərzaq və digər zəruri vasitələrlə təminatının yalnız ölkənin vahid şəbəkəsindən, mərkəzləşdirilmiş qaydada və dövlətimizin qanunları çərçivəsində həyata keçirilməsini tələb edir. Bu legitim tələblərin həyata keçirilməsi qaçılmazdır və bunun icra mexanizminin bütün nüansları birbaşa dialoqun və müzakirələrin predmeti olmalıdır.

Dördüncüsü, dövlətimiz humanizm göstərərək bəyan edib ki, əgər Qarabağ erməniləri reinteqrasiya prosesində səmimi və ardıcıl olarlarsa, müharibə, insanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər istisna olmaqla, digər ermənilərin əfv olunması məsələsinə baxıla bilər.

Beşincisi, ölkəmiz haqlı olaraq tələb edir ki, reinteqrasiya prosesini uğurla həyata keçirmək üçün revanşist və təhrikedici çağırışlara son qoyulmalı, Qarabağdakı qanunsuz və qondarma qurumlar ləğv edilməli, Azərbaycanın yurisdiksiyası çərçivəsində müvafiq dövlət institutları yaradılmalı, milli valyutamız - manat yeganə tədavül vasitəsi kimi dövriyyədə olmalıdır. Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin siyahıya alınması həyata keçirilməli və ölkə vətəndaşı kimi qalıb yaşamaq istəyənlərin tibbi, pensiya, məşğulluq, iş yerləri, təhsil və digər sahələrlə bağlı ehtiyacları qarşılanmalıdır. Bütün bunların qısa və effektiv şəkildə həyata keçirilməsi üçün Azərbaycanın müvafiq nazirlik və komitələrinin çox mükəmməl və effektiv planı var.

Bu siyahını daha da genişləndirmək olar, lakin qeyd edilənlər də kifayətdir ki, hər kəs Azərbaycanın nə qədər beynəlxalq hüquqa və ölkə qanunlarına uyğun açıq, şəffaf, ədalətli və humanist, eyni zamanda, qətiyyətli və prinsipial reinteqrasiya siyasətinin və planının olduğuna bir daha əmin olsun.

İndi ermənilər, təəssüflər olsun ki, son günlər özlərini azərbaycanlı adlandıran bəzi ekspertlər də onlara qoşularaq ictimai rəyi çaşdırmağa çalışırlar. Guya Azərbaycanın irəli sürdüyü tələblər dialoq şərtləri yox, ultimatumdur. Bu mənada Gürcüstanı misal göstərərək bildirirlər ki, gürcü hökuməti Abxaziyaya və Cənubi Osetiyaya münasibətdə daha loyal və yumşaqdır. Əvvəla, Azərbaycanla Gürcüstanın bu məsələdə müqayisə olunması qüsurludur, çünki yerdəki vəziyyət tamamilə fərqlidir. Azərbaycan ərazi bütövlüyünü de-yure və de-fakto təmin edib, Xankəndi və ətraf ərazilərdə ölkəmizin yurisdiksiyasının nə yolla olur-olsun, tam bərpa edilməsinin yaxın zamanda hamımız şahidi olacağıq. Azərbaycanın reinteqrasiya ilə bağlı şərtlərini ermənilərin ultimatum adlandırması onların öz problemidir və bizim üçün bu siyasət qətiyyətin və qalibiyyətin təcəssümüdür.

Digər tərəfdən, İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə düçar olan Ermənistanın və Qarabağ ermənilərinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolları varmı? Əlbəttə, yoxdur. Ancaq gürcü dostlarımız inciməsin, bu gün Gürcüstanın apardığı reinteqrasiya siyasətində nə qətiyyət, nə də real nəticə hiss olunmur. 15 ildən çoxdur ki, Gürcüstan ölkəni parçalamış osetin və abxazlara pulsuz təhsil və tibbi xidmət, əlverişli biznes imkanları yaratmaq və sair kimi ən müxtəlif şirnikləndirici vədlərlə onları separatizmdən əl çəkməyə, Gürcüstanın ərazi bütövlüyünə və qanunlarına hörmət etməyə təşviq edir. Bəzən isə bu siyasət daha çox xahiş və yalvarış xarakteri daşıyır. Lakin təəssüflər olsun ki, indiyə kimi Gürcüstan bu istiqamətdə sıfır nəticəyə nail olub. Nə Abxaziyanın və Cənubi Osetiyanın Rusiya tərəfindən qanunsuz ilhaqına və ya Rusiya ilə bərabər bir neçə ölkənin bu qondarma respublikaların tanınmasına son qoyulub, nə də bu ərazilərdə separatist meyllər azalıb, əksinə, Gürcüstanın bu xoş niyyətini zəiflik kimi başa düşərək onun pulsuz yardımından faydalananların bölücü siyasi və ideoloji baxışında heç bir müsbət dəyişiklik olmayıb. Çünki Gürcüstanın itirilmiş ərazilərini bu yolla geri qaytarmaq istəyi küləkli havada çobanın at belində qovut yeməyinə bənzəyir.

Ona görə də Gürcüstanın heç bir konkret nəticəsi olmayan və faktiki fiaskoya uğrayan reinteqrasiya təcrübəsi heç bir halda Azərbaycana örnək ola bilməz. Azərbaycan dünyada ərazilərinin xarici işğaldan azad edilməsinin, separatizmin məhv edilməsinin, reinteqrasiyanın parametrlərini və modelini yaradıb və əminəm ki, həm indi, həm də gələcəkdə bu bəladan əziyyət çəkən bütün ölkələr “Azərbaycan modeli”ndən mütləq şəkildə faydalanacaqlar.

Ermənilər isə Gürcüstanın uğursuz təcrübəsini yaxşı bildikləri üçün onu Azərbaycana nümunə göstərirlər ki, Prezident İlham Əliyevin qətiyyətli və qaçılmaz reinteqrasiya siyasətinə mane olsunlar, bunu bacarmadıqları təqdirdə, heç olmasa, bu siyasəti gözdən salmağa çalışsınlar. Burada ermənilərin mövqeyi və marağı aydındır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır