Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Yevlax sürətlə inkişaf edir, müasirləşir, gözəlləşir

Yevlax, 29 noyabr, AZƏRTAC

Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, bu sahədə qəbul edilən Dövlət proqramları, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması sayəsində ölkənin bölgələrində davamlı sosial-iqtisadi tərəqqiyə nail olunub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunun da iqtisadiyyatı dinamik inkişaf edib. Yevlax şəhərində və rayonun kəndlərində genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri həyata keçirilib, yeni sənaye obyektləri yaradılıb, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb.

Dövlətimizin başçısının diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, son 10 ildə rayonda ümumi məhsul buraxılışı 5,8 dəfə artıb. Rayonun iqtisadi göstəricilərinin yüksəlməsində sahibkarlığın inkişafı, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların çoxalması, yeni istehsal, emal və xidmət obyektlərinin tikilməsi mühüm rol oynayır. Son illərdə rayonda “Lalə-tekstil” MMC tikiş fabriki, “Dan” kərpic, “Gilan” dəri emalı, “Yevlax Qida” MMC zavodları, “Arfa” mebel fabriki, “Yevlax-Beton” ASC dəmir-beton zavodu, asfalt istehsal edən müəssisələr, “Karvan -K” MMC konserv zavodu, “Azərtoxum” MMC toxum emalı müəssisəsi, makaron və çörək sexləri fəaliyyətə başlayıb. Kolanı kəndində istixana kompleksi yaradılıb, Aran qəsəbəsində üzüm bağları salınıb. Növbəti illərdə keramikadan və gipsdən müxtəlif məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin, məişət tullantıları və çörək zavodlarının yaradılması nəzərdə tutulur.

Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində son 10 ildə Yevlax şəhərinin siması tamamilə dəyişib, özünəməxsus gözəlliyi ilə seçilən bir şəhərə çevrilib. Yevlax şəhərinin prospekt və küçələri müasir üslubda yenidən qurulub, yollara asfalt örtük salınıb, işıqlandırma sistemləri quraşdırılıb, binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasirləşdirilib. Şəhərin mərkəzində dahi rəhbərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Ulu Öndərin adını daşıyan saray, 180 çarpayılıq rayon mərkəzi xəstəxanası, uşaq xəstəxanası, regional vərəm dispanseri, əlillərin reabilitasiya mərkəzi, gigiyena və epidemiologiya mərkəzi, Gənclər evi, elektron kitabxana, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, şahmat məktəbi, məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi, 6 min yerlik şəhər stadionu, bayraq meydanı, avtovağzal kompleksi, 5 kənddə həkim məntəqəsi, 11 poçt binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 116 mənzilli 5 ədəd çoxmərtəbəli bina, şəhərdə 31 idarə, müəssisə və təşkilat üçün inzibati binalar tikilib istifadəyə verilib, hava limanı yenidən qurulub, “EL-TV” regional televiziya şirkəti fəaliyyətə başlayıb.

Bu dövr ərzində şəhərin yaşıllaşdırılması diqqət mərkəzində saxlanılıb, əhalinin istirahəti və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev xiyabanı, Nizami, Dostluq, Müstəqillik, Səməd Vurğun, Dədə Qorqud, Gənclik, Bələdiyyə parkları, Uşaq-Əyləncə Mərkəzi salınıb, Kür çayı sahilində Bulvar İstirahət Kompleksi yaradılıb.

Hazırda şəhərin Kür çayı sahilindəki hissəsində 5 ulduzlu hotelin, rayon polis şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, təhsil şöbəsinin, Azərbaycan Beynəlxalq Bankı Yevlax filialının, Kənd Təsərrüfatı Nazirliyi Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Qaz istismar sahəsinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də respublikada avtomobil yollarının inşası və yenidən qurulması, müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Son illər Yevlax rayonunda da avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Dövlət Proqramına əsasən, rayonun 20 kəndinin 57,8 kilometr giriş yolları əsaslı surətdə yenidən qurularaq asfaltlanıb. Əhalisinin sayı 8000 nəfər olan 11 kəndi birləşdirən, uzunluğu 25 kilometr olan Səmədabad-Qaraməmmədli-Qaramanlı-Köyük avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Yolun 19 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Rayon ərazisindən keçən 129,5 kilometr respublika əhəmiyyətli avtomobil yolunun 98 kilometri yenidən qurulub. Kür, İncə çayları və kanallar üzərində 10 ədəd körpü tikilib. Hazırda Aran qəsəbəsində Bakı-Ələt-Qazax avtomobil yolunun üzərində avtomobil körpüsünün tikintisi aparılır, Kür çayı üzərində uzunluğu 5 aşırımlı dəmir yolu körpüsünün əsaslı təmiri və bərpası davam etdirilir.

Bütün bölgələrimizdə olduğu kimi, Yevlax rayonunda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilir, təhsil ocaqları üçün yeni binalar tikilir, mövcud məktəblər təmir olunur. Son 10 ildə rayonda 5038 şagird yerlik 21 məktəb binası tikilib. 11 məktəb binasında əsaslı təmir işləri aparılıb.

Hazırda Yevlax rayonunda bütün qüvvələr “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib.

Dövlət Proqramında əsasən rayonda qeyri-neft sənaye sahələrinin, o cümlədən keramikadan və gipsdən hazırlanmış məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin yaradılması, cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, taxılçılıq, pambıqçılıq, toxumçuluq, tərəvəzçilik və meyvəçilik sahələrinin inkişafı, yerli əhəmiyyətli avtomobil yollarının, təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektlərinin tikintisi və təmiri, rayonun elektrik enerjisi, istilik və qaz təchizatının, rabitə xidmətinin, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin son 10 ildə Yevlaxa 8 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə imzaladığı sərəncamlar şəhərin müasir inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir. Dövlətimizin başçısının səfərlərindən birində dediyi “Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir” sözləri yevlaxlıların qurub-yaratmaq həvəsini daha da artırıb. Əminliklə demək olar ki, yevlaxlılar bütün qüvvələri səfərbər edərək üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla icra olunmasına, doğma şəhərlərinin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO