Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın regionları son 10 ildə:dinamik inkişafın xronikası
Gəncə sürətli inkişaf yolundadır

Gəncə, 30 iyun (AZƏRTAC). Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, onun dinamik inkişafına, xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən inkişaf strategiyası bu gün uğurla həyata keçirilir.

Respublikamızın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Xüsusilə son 10 ildə həyata keçirilən Dövlət proqramları hər bir Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmış, müstəqil dövlətimizin davamlı inkişafı üçün geniş imkanlar açmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın hər yerində olduğu kimi, Gəncədə də iqtisadi fəallığın yüksəlməsinə, eləcə də potensial imkanlardan səmərəli istifadə edilməsinə səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət proqramları respublikamızın ikinci sənaye və mədəniyyət mərkəzi olan qədim Gəncənin simasını başdan-başa dəyişmişdir. Son 10 ildə həyata keçirilən yenidənqurma, təmir-tikinti işləri nəticəsində Gəncə inkişaf edərək Avropa şəhərləri ilə müqayisə olunacaq səviyyəyə yüksəlmişdir. Şübhəsiz, Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, eləcə də yeni istehsal sahələrinin yaradılması əhalinin maddi-rifah halının da yüksəlməsinə də geniş imkanlar açmışdır.

Ötən dövr ərzində şəhərdəki mövcud 200-dən artıq çoxmərtəbəli binanın dam örtüyü mansard formasında yenidən qurulmuş, binaların fasad hissəsi müasirləşdirilmiş, lift təsərrüfatı yenilənmişdir. Küçə və meydanların işıqlandırılması üçün yeni görkəmdə 2500 ədəd işıq dayaqları quraşdırılmışdır. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan park yenidən qurulmuş, Gəncə çayının sol sahilində Bayraq Meydanı inşa edilmiş, burada 100 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılmış, ayrıca “Bayraq muzeyi” yaradılmışdır.

Dövlət proqramlarına uyğun olaraq Gəncənin Bakı istiqamətindən şəhərə giriş hissəsində hündürlüyü 23 metr, uzunluğu 47 metr olan “Qala” muzey kompleksi inşa edilmiş, yol boyu şairin “Xəmsə”sinə daxil olan 5 əsəri əks etdirən kitabələr yaradılmışdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi əsaslı şəkildə təmir edilərək, məqbərənin qarşısında şairin muzeyi inşa edilmişdir. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə düzülmüş, 4 ədəd fəvvarə, iki şəlalə inşa edilmişdir.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və türk dünyasının görkəmli oğlu Mustafa Kamal Atatürkün adını daşıyan prospektlərdə geniş abadlıq və quruculuq işləri aparılmış, Uğurlu xan sarayında, Alban məbədində, “Zərrabi” poeziya teatrında, eləcə də Fikrət Əmirov parkında, Mir Cəlal Paşayevin və İsrafil Məmmədovun ev-muzeylərində, Ozan və Şərəfxanlı məscidlərində, dövlət kamera teatrında, uşaq musiqi məktəbində əsaslı təmir işləri aparılaraq istifadəyə verilmişdir.

Baş vermiş yanğın hadisəsi nəticəsində uzun illər fəaliyyətini dayandırmış “Bakı” kinoteatrının yerində bir hektar ərazidə Gəncə Dövlət Filarmoniyası üçün altımərtəbəli binanın tikintisinə başlanılmışdır. Bütövlükdə 29 milyon manat dəyərində olan və Dövlət Proqramı çərçivəsində inşa edilən binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert salonu, iki kino zalı və digər mədəni-kütləvi tədbirlər üçün yardımçı zallar və otaqlar inşa edilir.

Dövlət Proqramına uyğun həyata keçirilən ən nəhəng layihələrdən biri də Cənubi Qafqazda analoqu olmayan Heydər Əliyev parkının yenidən qurulmasıdır. 360 hektar ərazisi olan parkda sahəsi 4 min 500 kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzi, eləcə də parkın qərb istiqamətində eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı” inşa edilmişdir. Giriş qapısından Heydər Əliyev Mərkəzinədək eni 53 metr, uzunluğu 2 kilometr olan xiyabanda on minlərlə dekorativ ağac əkilmiş, 15 ədəd fəvvarə quraşdırılmış, 7 hektar ərazidə süni göl yaradılmışdır.

Qeyd etmək lazımdır ki, həyata keçirilən yenidənqurma və abadlıq işləri əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərlə paralel aparılmışdır. İnsanların maddi-rifah halının yüksəldilməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmiş, fəaliyyəti dayanmış müəssisələrin işini bərpa etmək üçün güzəştli kreditlər verilmiş, ölkə səviyyəli sənaye obyektləri işə salınmışdır. Nəticədə şəhərin iqtisadiyyatı yüksəlməklə yanaşı, insanların gəlirləri də artmışdır.

Statistik məlumatlara görə, son 10 il ərzində şəhərdə ümumi daxili məhsul istehsalının həcmi 3,7 dəfə artaraq 731 milyon 225,5 min manata çatmışdır. Bunun da nəticəsində əhalinin illik pul gəlirləri 41,3 manatdan 309,3 manata yüksəlmişdir. Lakin gəncəlilər yaxşı bilirlər ki, bu, son hədd deyildir. Yaxın vaxtlarda istifadəyə veriləcək texnoparklar respublika sənayesinə sanballı töhfələr verməklə yanaşı, şəhər əhalisinin işlə təminatında da əsaslı dönüş yaradacaqdır.

Artıq Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə illik istehsal gücü 100 min ton olan alüminium kompleksinin birinci növbəsi istifadəyə verilmişdir. ”Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük”,- deyən dövlətimizin başçısının fikirləri artıq gerçəkləşmişdir. Bu yaxınlarda inşasına başlanılmış və illik istehsal gücü 750 min ton olan poladtökmə zavodu istismara verildikdən sonra Gəncədə işsizlik problemi tamamilə həll ediləcəkdir.

Hazırda şəhərdə bir sıra qlobal problemlərin kompleks şəkildə həll edilməsi üzərində işlər aparılır .Bu işlərin sistemli və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun aparılması məqsədilə şəhərin baş planı təsdiq edilmişdir. Həmin plana əsasən, 2030-cu ilədək şəhərin ərazisi inkişaf perspektivlərinə uyğun olaraq iki dəfə artaraq 17 min hektar olacaqdır. Burada yeni məhəllələr, çoxmərtəbəli binalar, küçə və prospektlər, yeni müəssislər, habelə təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət ocaqlarının, eləcə də istirahət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi genişləndirilərək 2251 hektara çatdırılmaqla, Gəncə çayının sağ və sol sahilləri boyunca park-bulvar zonası yaradılacaqdır. Ən əsası budur ki, baş planda milli memarlığın qədim üslubu ilə yanaşı, müasir şəhərsalmanın son nailiyyətləri də özünə yer alacaqdır.

Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Gəncəyə 11 dəfə səfər etməsi bu gün Azərbaycanın bu qədim şəhərinin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Həmin səfərlərdən birində dövlətimizin başçısının dediyi “Gəncə dünya şöhrətli şəhərə çevrilir” sözləri bu gün hər bir şəhər sakinində qürur hissi oyadır. Hər bir gəncəli dövlətimizin başçısının bu qədim şəhərə verdiyi dəyərə əməyi ilə cavab verməyi özünün vətəndaşlıq borcu hesab edərək ölkəmizi daha böyük nailiyyətlərə aparan üçüncü Dövlət Proqramının icrasına töhfələr verməyə çalışır.

Sabir Əliyev

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər