Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın sığorta-pensiya modeli – 20 il

Bakı, 3 sentyabr (AZƏRTAC). Dövlət Sosial Müdafiə Fondunun formalaşması tarixi ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir.

SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi əsasında inkişaf etmişdir. Sovet pensiya təminatı sistemi “Haqqı ödəmədən sığorta” prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrinin ödənişlərindən götürülürdü. Bu tipli pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. 1980-ci illərdə ölkədə təsərrüfat formalarının dəyişməsi, əksər müəssisələrin təsərrüfat hesabı və özünümaliyyələşməyə keçməsi onlarda çalışan işçilərin gələcək təminatını çətinləşdirirdi.

1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Daha sonra pensiya təminatını maliyyələşdirəcək SSRİ Pensiya Fondu təşkil olundu və SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi yaradıldı.

Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya Aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlandı. SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi.

1992-ci il sentyabrın 30-da Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF-yə Azərbaycan ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu. 1997-ci ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi.

Ölkədə sosial sığorta və pensiya təminatı məsələlərinin Avropa standartlarına uyğun qaydada tam formalaşmasını nəzərdə tutan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın icrası məqsədi ilə 2001-2005-ci illərdə həyata keçirilən tədbirlər Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin keyfiyyətcə yenidən qurulmasını şərtləndirmişdir.

Konsepsiyanın müddəalarının yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 2003-cü il 4 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bununla da islahat konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.

Pensiya sistemlərinin ilkin formalaşması dövründə pensiyalar sabit məbləğdə müəyyənləşdirilirdisə, bir qədər sonra buraya əməkhaqqı ilə bağlı pensiyalar, ödənilən sosial sığorta haqlarının fərdi uçotuna və indeksasiyasına əsaslanan pensiyalar, nəhayət, sosial sığorta haqlarının fərdi hesablarda real yığılmasına və bu vəsaitin yerləşdirilməsinə əsaslanan pensiyalar əlavə olundu. Başqa sözlə, sığorta prinsiplərinə əsaslanan pensiya sisteminin ədalətliliyini artırmaq istiqamətində atılan addımlar pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi tezisini ortaya çıxardı və bu da sığorta-pensiya sistemlərinin inkişafının ən müasir istiqamətlərini təyin etdi.

Ümummilli liderimiz Heydər Əliyevin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə də sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilmiş, hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılmışdır.

Ötən dövr ərzində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur.

Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkələrində sığortaolunanların fərdi uçotu sisteminə keçid real yığıma əsaslanmaqla baş vermişdir. Lakin, məsələyə birbaşa belə yanaşma öz mənfi təsirlərini (xüsusilə əvvəlki sistemlə əhatə olunan insanların sosial müdafiəsində, yığım vəsaitlərinin maliyyə bazarlarında qorunmasında və s.) də ortaya qoymuşdur. Odur ki, bu sahədə problemlər nəzərə alınmaqla, eləcə də pensiya sistemində dövlətin sosial müdafiəedici rolunu qoruyub saxlamaq üçün, bir sıra ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində daha təkmil hesab olunan 3 pilləli sistem tətbiq olunmuşdur. Bu sistemdə əmək pensiyaları 3 pillədən - baza, sığorta və yığım hissələrindən ibarət olmaqla hesablanır.

Azərbaycanda 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla üç pilləli pensiya sistemi qəbul olunmuşdur. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, yəni baza hissəsinin artırılmasında istehlak qiymətləri indeksinin illik səviyyəsinin nəzərə alınması, sığorta hissəsinin isə istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan vermişdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır.

Yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyasıdır. Əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları təmin edilmiş, onlara pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətlərinin nəticələrinə görə pensiya kapitalını artırmaq imkanları da verilmişdir.

İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi də yeni qaydalarla əhatə olunmuşdur. 2006-cı il yanvarın 1-dən etibarən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunmasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi nəticəsində işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmış, bu ödəmələrin yeni əsaslarla təşkili və plastik kartlarla həyata keçirilməsi təmin edilmişdir.

Xaricdə işləyən azərbaycanlıların gələcək sosial müdafiəsi yeni sistemin tətbiqində həllinə çalışılan məsələlərdən biridir. Azərbaycanda bu problemin həlli yolu ilk növbədə ölkəmizdə əcnəbilərin fərdi uçot sistemi ilə əhatə olunması, sonra isə ikitərəfli müqavilələrlə qarşılıqlı pensiya təminatı proseslərinə qoşulmaqdan keçir. Ölkəmizdə belə sistem artıq fəaliyyətə başlamışdır. 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Dövlət Sosial Müdafiə Fondunun qarşıdakı dövrdə başlıca vəzifəsi qeyd olunan sahədə ikitərəfli müqavilələrin bağlanmasıdır.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədi ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. 2011-ci ildə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır.

2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə etmişdir. 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılmışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. 2012-ci ilin yanvarın 1-nə pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur.

Cari ilin ötən dövründə pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilmiş, bu tədbirlərin mühüm həlqələrindən biri kimi əhaliyə göstərilən elektron xidmətlərin sayı əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Hazırda Fond tərəfindən əhaliyə 20-yə yaxın interaktiv və informativ elektron xidmətlər təqdim olunur. Fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər qarşıdakı dövr ərzində davam etdiriləcəkdir.

Cari dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara nəzarətin gücləndirilməsi, qeydiyyatdan kənar fəaliyyət göstərən şəxslərin sosial sığortaya cəlb edilməsi və əmək ödənişlərinin leqallaşdırılması istiqamətində digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlərin həyata keçirilməsi mühüm məsələdir.

Azərbaycan 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. 2009-cu ildə Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi əks etdirilmişdir. Azərbaycanda həyata keçirilən sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2009-cu ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Yunanıstanın paytaxtı Afina şəhərində təşkil etdiyi “Keçid dövrü: inkişaf problemləri” mövzusunda beynəlxalq forumda Azərbaycanda həyata keçirilən pensiya islahatları ilə bağlı təqdimat keçirilmişdir. 2010-cu ilin mart ayında Polşanın Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Dövlət Sosial Müdafiə Fondu “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosu Azərbaycanda sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır. 2011-ci ilin iyun ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə əlaqələndirmə mərkəzi açılmışdır.

Fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişafı strategiyasının müəyyənləşdirilməsi məqsədi ilə bir sıra layihələr çərçivəsində aktual tədqiqatlar təşkil olunmuşdur. Тədqiqatlar müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər əsasında təşkil edilmişdir. Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılmış, 2020-ci və 2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınmışdır.

Bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaratmışdır. Vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. 2012-ci ilin iyulun 1-nə olan statistikaya əsasən Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 47 min 743 nəfərə çatmışdır. Son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil etmişdir. Pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır.

2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə əsasən aşağıdakı kimi fəaliyyət göstərməsinə nail olunmaq planlaşdırılır.

Sığortaedənlərə münasibətdə sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılacaq, sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınacaqdır. Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçiriləcəkdir. Sığortaedənlərdə audit elektron qaydada aparılacaq, inzibati nəzarət ictimai nəzarətlə əvəzlənəcəkdir.

Sığortaonunalara münasibətdə fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müxtəlif vasitələrlə (Dövlət Sosial Müdafiə Fondunun internet saytı, müştəri xidmətləri şəbəkəsi, rəsmi bildiriş və s.) məlumat almaq imkanına malik olunacaq, nəticədə hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsinə nəzarət etmək imkanı əldə edəcəkdir. Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi sığortaolunanların yığım hesablarına yönəldiləcəkdir. Qeyri-dövlət pensiya fondları sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb ediləcəkdir.

Pensiyaçılara münasibətdə isə vətəndaşın pensiya təyinatı üçün hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmayacaq və yalnız ona pensiya təyin edilməsi üçün müvafiq müraciətini elektron qaydada (istədikdə poçt vasitəsilə) Fonda ünvanlayacaqdır. Vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatı avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılacaqdır. Sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlər pensiyalarının artımına yönəldiləcəkdir.

2020-ci ildə Azərbaycanın sığorta-pensiya sistemində vətəndaşla Fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılacaq, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, Fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılacaqdır.

 

Xalid Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib