Azərbaycanın şimal bölgəsinə 13 santimetrədək qar yağıb VİDEO
Qusar, 10 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba və Qusar rayonları ərazisinə 10 santimetrdən çox qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 14 dərəcəyədək aşağı düşüb.
Qubanın Xınalıq kəndinə 10, Qırızda 13, Qusarın Ləzə kəndində 12, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr qar yağıb. Ümumilikdə, şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 4-13 santimetr təşkil edir.
Qubanın rayon mərkəzində 10, Qusarda isə 12 santimetr qar var.
Müəssisədən bildirilib ki, yanvarın 11-i gündüz saatlarından hava şəraiti sabitləşəcək.