Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın tarixi qələbəsi

Azərbaycanın tarixi qələbəsi

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzovun “Azərbaycanın tarixi qələbəsi” adlı məqaləsində yer alıb.

Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli torpaqlarımızdan qovdu

Məqalədə deyilir ki, Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir.

Ağır məğlubiyyətə uğrayan Ermənistan təslim oldu

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistan kapitulyasiya aktıdır. Yəni, ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır.

Həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək

Mühüm məsələlərdən biri budur ki, həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək. Yəni, hər hansı bir tərəf öz öhdəliyini yerinə yetirməsə, Rusiya kimi, Türkiyənin də müdaxilə etmək imkanı olacaq. Bu isə faktiki olaraq illər sonra yeni Rusiya-Türkiyə formatının formalaşdırılmasıdır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyətə malikdir. Mərkəzdə təmsil olunan Türkiyə hərbçilərinin prosesdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə edilə bilməz

Əlbəttə, bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə oluna bilməz. Vaxtilə ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri var idi. Orada deyilirdi ki, Dağlıq Qarabağa aidiyyəti olmayan 7 rayonun 5-ni qaytarırlar, 2 rayonu isə 5 il ərzində qaytarılır, Laçın koridorunun statusu müzakirə edilir. Dağlıq Qarabağa isə Azərbaycan icması köçəndən sonra referendum keçiriləcək və Dağlıq Qarabağın statusu müzakirə ediləcək. Naxçıvana koridordan isə söhbət belə getmirdi. Hətta bizim üçün belə ağır şərtlərə ermənilər razı olmurdu. Bu gün isə ətraf 7 rayonun məsələsi aydındır. Yəni, Dağlıq Qarabağa aidiyyəti olmayan 4 rayon (Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğaldan azad edilib, 3 rayon isə (Kəlbəcər, Ağdam, Laçın) 20 gün ərzində geri qaytarılır. Dağlıq Qarabağa aid olan 5 rayondan 1-i olan Şuşa işğaldan azad edilib. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ərazilərini Ermənistan ordusu tərk edəcək. Bu rayonlarda heç bir xüsusi status olmayacaq.

Başqa bir məsələ bəyanatda “təmas xətti” anlayışının izahı ilə bağlıdır. Şübhəsiz ki, burada söhbət Azərbaycan əraziləri daxilində Azərbaycan və Ermənistan ordusunun təmas xəttindən getmir. Çünki Ermənistan ordusu Azərbaycanın bütün ərazisini tərk edəcək. Təmas xətti deyərkən burada söhbət birgə yaşayarkən təhlükəsizliyin maksimum təmin olunması üçün insanlar arasında təmasdan gedir.

Qondarma, separatçı, cinayətkar rejim artıq yoxdur və olmayacaq

Daha bir əhəmiyyətli məqam bəyanatda “Artsax” anlayışının olmamasıdır. Yəni, qondarma, separatçı, cinayətkar “Artsax” artıq yoxdur. Dağlıq Qarabağ erməniləri üçün heç bir status müzakirə mövzusu deyil. Bu, o deməkdir ki, Dağlıq Qarabağ üçün xüsusi muxtariyyət nəzərdə tutulmayıb. Yəni, Xankəndinin statusu da Biləsuvar və ya Şirvandan fərqlənməyəcək.

Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz

Bəyanatda göstərilir ki, Azərbaycan qoşunları haradadırsa, orada da dayanır. Hazırda qoşunlarımız Xankəndi, Xocavənd, o cümlədən Xocalı və Ağdərəyə nəzarət edirlər. Bəyanata əsasən onların öz yerində qalıb bu nəzarəti davam etməsinə əngəl yoxdur. Ermənistan qoşunları isə oraları tərk edir. İlk növbədə, həmin ərazilərdən didərgin salınmış azərbaycanlılar öz yurdlarına qayıdacaq. Bu prosesdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iştirak edəcək.

Reallıq ondan ibarətdir ki, bu şəhərlərdə ermənilər də yaşayıblar. Xüsusilə də Xankəndidə erməni əhalisi çoxluq təşkil edib və beynəlxalq hüququn və Konstitusiyamızın tələblərinə uyğun olaraq biz onları oradan qova bilmərik və onların Azərbaycan qanunlarının verdiyi bütün imkanlardan faydalanmasına şərait yaratmalıyıq. Ümumilikdə, Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz. Orada olan yerli ermənilər pasport qaydasında həmin ərazilərdə yaşaya biləcəklər. Bölgənin abadlaşdırılması və yenidən qurulması təmin olunacaq. Ancaq Azərbaycan vətəndaşı olan ermənilər bu ərazilərdə yaşaya bilər. Digər məqsədlər üçün Qarabağda hansısa qrupların yaşaması qeyri-mümkündür.

Rus sülhməramlıları Rusiya ordusu və ya hərbi bazası deyil

Müzakirə olunan əsas məsələlərdən biri rus sülhməramlılarının statusu və funksiyasıdır. Təbii ki, bu qüvvələr Rusiya ordusu və ya Rusiya hərbi bazası anlamına gəlmir. Bunların məqsəd və funksiyaları tamamilə fərqlidir. Rusiya daha çox patrul funksiyası yerinə yetirəcək. Sülhməramlılar ancaq nəzərdə tutulan təhlükəsizlik koridoruna nəzarət edəcək. Laçın koridorunun isə heç bir xüsusi statusu olmayacaq. Bu koridor Azərbaycan ərazisidir. Sadəcə, ermənilərin Dağlıq Qarabağdan Ermənistana və əksinə təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Naxçıvanın blokadadan azad olunması böyük əhəmiyyətə malikdir

Bəyanatın mətninə nəzər saldıqda Türkiyə ilə Azərbaycanı, eyni zamanda, Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq Naxçıvanla gediş-gəliş koridorumuzun olması xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu regional, həm də qlobal əhəmiyyətli uğurdur. Bu yoldan bütün region faydalanacaq, çünki Çindən Avropaya qədər kommunikasiya yolu formalaşdırılacaq və bu, böyük iqtisadi perspektiv vəd edir. Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq ki, bu da regionda əməkdaşlığın dairəsinin genişlənməsinə təkan verəcək. Beləliklə, Naxçıvanın blokadadan azad olunması çox böyük önəm daşıyır.

Məqalədə vurğulanır ki, bütün bu faktlar və həqiqətlər imzalanmış bəyanatın Azərbaycanın tarixi qələbəsi olduğunu birmənalı şəkildə təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Brüsseldə Azərbaycanın turizm imkanları beynəlxalq auditoriyaya təqdim edilib

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib