Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın TDT-də artan rolu – Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir - TƏHLİL

Azərbaycanın TDT-də artan rolu – Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir - TƏHLİL

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın geosiyasi və etno-mədəni xəritədəki yeri, sadəcə, coğrafi koordinat deyil, Avrasiyanın gələcəyi üçün strateji qovşaqdır. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın həm Türk dünyasının ayrılmaz bir parçası, həm də bu regionda yerləşən yeganə Türk dövləti olması ölkəmizin unikal missiya qoyur. Bu mürəkkəb kimlik və coğrafi reallıq onu regionun təkcə bir aktoruna deyil, geosiyasi dinamikanı formalaşdıran əsas güc mərkəzinə çevirir.

AZƏRTAC Azərbaycanın Türk dünyasındakı roluna və Türk Dövlətləri Təşkilatında (TDT) artan mövqeyinə qısa nəzər salır.

Qafqaz tarixi boyunca müxtəlif sivilizasiyaların qovuşduğu və etnosların yaşadıqları məkan olub. Bu rəngarəng coğrafiyada Azərbaycanın mövqeyi onu Türk sivilizasiyasının Qərbdə möhkəm dayaq nöqtəsi, eyni zamanda, Qafqaz dağları ilə Xəzər dənizi arasında körpü rolunu oynamağa sövq edir. Regionun digər dövlətlərindən fərqli olaraq, Azərbaycan özündə minilliklərə söykənən Türk idarəçilik, dil və dövlətçilik ənənəsi ilə Qafqazın özünəməxsus etno-mədəni mühitini bir araya gətirir. Bu sintez dövlətin xarici siyasətində və geoiqtisadi addımlarında özünü aydın büruzə verir. Azərbaycan TDT-nin mərkəzi sütunlarından biridir. Mərkəzi Asiyadakı Türk respublikalarının Avropa və dünya bazarlarına çıxışı məhz Azərbaycanın infrastrukturu – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə mümkündür. Beləliklə, Azərbaycan yalnız öz milli maraqlarını təmin etmir, həm də Mərkəzi Asiya ilə Anadolunu, nəticə etibarilə bütün Türk dünyasını birləşdirən geoiqtisadi zəncir rolunu oynayır.

Cənubi Qafqaz müstəvisində isə Azərbaycanın yeganə Türk dövləti olması həm böyük üstünlüklər, həm də ciddi diplomatik məsuliyyət yaradır. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan müttəfiqlik münasibətləri regionda tamamilə yeni təhlükəsizlik və güc balansı yaradıb. Bu ittifaq Cənubi Qafqazda kənar güclərin mənfi təsir imkanlarını neytrallaşdıraraq, regional sabitliyin əsas zəmanətçisinə çevrilib. Eyni zamanda, Naxçıvan ərazisindən reallaşdırılması nəzərdə tutulan nəqliyyat və kommunikasiya xətləri bütün regionun, o cümlədən Türk dünyasının davamlı quru əlaqəsini bərpa etmək potensialı daşıyır. Bununla yanaşı, Azərbaycanın qafqazlı kimliyi onun daxili sabitliyinin və multikulturalizm modelinin təməlini təşkil edir. Əsrlər boyu Qafqazın müxtəlif yerli xalqları və etnik qrupları ilə birgəyaşayış təcrübəsi Azərbaycanda zəngin və tolerant mədəniyyət formalaşdırıb. Bu cəhət ölkəmizə regionda yalnız hərbi və ya iqtisadi güc kimi deyil, eyni zamanda, sivilizasiyalararası dialoq və inteqrasiya məkanı kimi nüfuz qazandırır.

Azərbaycanın TDT-nin inteqrasiyasındakı rolunun təməl sütunları

Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafında və daxili inteqrasiyasında oynadığı rol təsadüfi diplomatik fəallıq deyil, Avrasiyanın geosiyasi xəritəsini yenidən müəyyənləşdirən konseptual strategiyadır. 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə təməli qoyulan bu platforma mədəni-humanitar məsləhətləşmə şurasından fəal siyasi, iqtisadi və hərbi-strateji bloka çevrilib. Azərbaycanın TDT-nin inteqrasiyasındakı rolu bir neçə təməl prinsipə əsaslanır. Belə ki, coğrafi dağınıqlılığı aradan qaldıran nəqliyyat-enerji inteqrasiyası ilk mühüm prinsipdir. Azərbaycan Xəzər dənizindən keçən “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) inkişaf etdirərək Qazaxıstan, Özbəkistan və Türkmənistanın logistika imkanlarını Türkiyə və Avropa bazarları ilə inteqrasiya edir. Eyni zamanda, Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan Trans-Xəzər Fiber-Optik Kabel Xətti və “yaşıl enerji” dəhlizləri TDT üzvləri arasında rəqəmsallaşma və enerji sahələrində daxili şəbəkəni möhkəmləndirir. Prezident İlham Əliyev 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində fəal iştirak etdiyini, ölkənin Türkiyə ilə Mərkəzi Asiya arasında mühüm bağlantı yaratdığını qeyd edib. Həmin çıxışda Orta Dəhliz üzrə yükdaşımaların artdığı və Azərbaycanın nəqliyyat infrastrukturu imkanlarının genişləndiyi də vurğulanıb.

Siyasi və təhlükəsizlik arxitekturasının yenilənməsi ikinci vacib istiqamətdir. Azərbaycan 2020-ci ildə Vətən müharibəsindən sonra bölgədə reallıqları dəyişərək TDT-nin regional təhlükəsizlikdəki çəkisini artırıb. TDT daxilində ikitərəfli əlaqələr genişlənərək bu gün, sözün əsl mənasında, təhlükəsizlik sahəsində inteqrasiya nümunəsinə çevrilib. Təşkilat artıq yalnız iqtisadi deyil, birgə hərbi təlimlər, müdafiə sənayesi üzrə tərəfdaşlıq və təbii fəlakətlərlə birgə mübarizə mexanizmlərini (TDT mülki müdafiə mexanizmi) reallaşdıran strukturdur. Zəngəzur dəhlizinin strateji perspektivi isə bu inteqrasiyanın pik həddidir. Azərbaycanın bu layihədəki qətiyyətli mövqeyi Türk dünyasının tarixi bütövlüyünü bərpa etmək məqsədi daşıyır. Bu dəhliz reallaşacağı təqdirdə, türk dövlətləri arasında davamlı quru əlaqəsi təmin olunacağı, logistika xərcləri kəskin azalacağı və TDT-nin daxili ticarət dövriyyəsi sürətli artım nümayiş etdirəcəyi danılmaz reallıqdır.

İdeoloji və korporativ inteqrasiya baxımından da rəsmi Bakı hər zaman üzərinə düşən funksiyanı yerinə yetirib. Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fonduna ev sahibliyi edən Azərbaycan TDT-nin institusional bazasının möhkəmlənməsinə birbaşa töhfə verir. Beləliklə, rəsmi Bakı Türk dünyasının, sadəcə, tarixi köklərlə deyil, rəqəmsal iqtisadiyyat, vahid əlifba, ortaq təhsil standartları və investisiya fondları vasitəsilə gələcəyə yönəlik güc mərkəzinə çevrilməsini müdafiə edir.

Bu yanaşmanın mühüm göstəricilərindən biri Bakının TDT çərçivəsində müxtəlif sahələr üzrə yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsidir. Azərbaycan yalnız türk inteqrasiyasının mənəvi həmrəylik ölçüsünü institutlaşdırmır, həm də özünü Türk dünyası ilə daha geniş İslam məkanı arasında etibarlı körpü kimi təsdiqləyir. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini, sentyabrın 17-də isə quruma üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Son günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının 7-ci iclasının, Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın, TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi təsadüfi deyil.

TDT-də Prezident İlham Əliyev siyasi xətti

Azərbaycanın TDT çərçivəsində fəallığında Prezident İlham Əliyevin siyasi xəttinin xüsusi yeri var. Dövlətimizin başçısı çıxışlarında Türk dünyasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim edir. Onun yanaşmasında diqqətçəkən məqamlardan biri Türk dünyası anlayışının yalnız tarixi və mədəni kateqoriya kimi deyil, müasir siyasi və iqtisadi əməkdaşlıq platforması kimi təqdim edilməsidir. Bu yanaşma TDT-nin fəaliyyət istiqamətlərində də öz əksini tapır. Təşkilatın gündəliyində artıq yalnız dil, mədəniyyət və tarixi irslə bağlı məsələlər deyil, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, təhlükəsizlik və digər praktiki sahələr mühüm yer tutur. 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu baxımdan Azərbaycanın təşəbbüslərinin bariz nümunələrindən biridir. Görüşün sonunda qəbul edilən Qarabağ Bəyannaməsində Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Sənəddə Orta Dəhlizin inkişafı və Türk dövlətləri arasında regional bağlantıların gücləndirilməsi də xüsusi qeyd edilib.

Azərbaycanın TDT-də rolunun digər mühüm istiqaməti təhlükəsizlik məsələləridir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilata üzv ölkələr arasında müdafiə və hərbi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq üzv dövlətlərin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etmişdi. Cari ilin sentyabr ayında isə Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısının keçirilməsi bu əməkdaşlığın siyasi, iqtisadi və mədəni istiqamətlərlə məhdudlaşmadığını göstərən son nümunələrdən biridir. Dövlətimizin başçısı Təhlükəsizlik Şuraları katiblərini qəbul edərək kibertəhdidlər, terrorçuluq, transmilli cinayətkarlıq, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər üzrə koordinasiyanın əhəmiyyətini vurğulayıb. Yəni bu toplantılarının keçirilməsi təşkilatın institusional mexanizmlərinin yalnız iqtisadi və humanitar sahələrlə məhdudlaşmadığını göstərir. Azərbaycanın 2025-ci ilin oktyabrından TDT-yə sədrliyi də bu baxımdan əhəmiyyətlidir. Belə ki, Azərbaycanın sədrliyi dövründə TDT gündəliyində iqtisadiyyat və nəqliyyat bağlantıları ilə yanaşı, təhlükəsizlik önəmli yer tutur.

Beləliklə, Azərbaycanın TDT-də fəallığını yalnız “türk dövlətləri ilə həmrəylik” anlayışı ilə məhdudlaşdırmaq olmaz. Burada daha geniş proses – ortaq tarixi və mədəni bağların siyasi institutlara, iqtisadi layihələrə, nəqliyyat və enerji dəhlizlərinə, təhlükəsizlik mexanizmlərinə və humanitar əməkdaşlığa çevrilməsi prosesi gedir. Azərbaycanın Qafqazda yerləşməsi isə prosesdə ona xüsusi geostrateji mövqe qazandırır. Bu status Azərbaycana Türk dünyasının Qərbə açılan qapısı və Qafqazın geosiyasi təhlükəsizlik arxitekturasının əsas memarı olmaq imkanı verir.

Müəllif – Aytac Haqverdiyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib