AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ AVROPA ÜÇÜN BÖYÜK ROL OYNAYIR
Prezident demişdir ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də bu ilin sonuna qədər istismara veriləcək və Azərbaycan Türkiyə, Avropa ölkələri üçün təbii qaz ixracçısına çevriləcəkdir. Bunu Avropa istehlakçıları da istəyirlər. Çünki onlar da qazın müxtəlif mənbələrdən alınmasında maraqlıdırlar, bir mənbədən asılı olmaq istəmirlər. Bu asılılıq olanda, bəzi xoşagəlməz hadisələr ortaya çıxır. Ona görə, təbii sərvətlərinə görə Azərbaycanın önəmi artacaqdır. Gələcəkdə Orta Asiyanın təbii sərvətlərinin Azərbaycan ərazisi ilə Türkiyəyə və Avropaya nəql edilməsi ölkəmizi regionda çox önəmli dövlətə çevirəcəkdir. Biz də bundan istifadə edərək, ölkəmizi daha da zənginləşdirəcək, möhkəmləndirəcək və qüdrətli dövlət yaradacağıq.