AZƏRBAYCANIN TƏCRÜBƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir. O, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Səfər çərçivəsində H.Hüseynova Avropa Şurasının III-Sosial Birlik Baş Direktorluğunun baş direktoru A.Vladiçenko, Direktorluğun Şərqi Avropa ölkələrinə texniki yardım proqramının müşaviri V.Çerneqa, Rusiya Dövlət Dumasının qadın, ailə və uşaq məsələləri üzrə komitəsinin sədri Y.Laxova və digər rəsmi şəxslərlə görüşmüşdür. Həmsöhbətlər Azərbaycanda AQUPDK-nın yaradılmasını ölkə rəhbərliyinin bu sahəyə böyük diqqətinin təzahürü kimi qiymətləndirmiş və bu müsbət təcrübədən digər ölkələrdə də istifadə olunmasının vacibliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]