Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın təşəbbüsləri AQEM-in xəritəsini genişləndirir - MÜSAHİBƏ

Azərbaycanın təşəbbüsləri AQEM-in xəritəsini genişləndirir - MÜSAHİBƏ

Bakı, 19 sentyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Sentyabrın 9-10-da Bakıda Asiya Regional Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (AQEM) 13-cü sessiyası keçirildi. Bu mühüm tədbir regionda sabitliyin möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və davamlı sülhün təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. AQEM təkcə siyasi dialoqu təşviq etmir, təşkilat, eyni zamanda, iqtisadi, ekoloji və təhlükəsizlik sahələrində real layihələrə dəstək verərək regionda praktik nəticələrə imza atır. Məhz bu xüsusiyyətlər AQEM-i Asiya məkanında sülh, təhlükəsizlik və dayanıqlı inkişaf üçün unikal platformaya çevirir.

Təşkilatın Hərbi-siyasi məsələlər üzrə eksperti, hərbi elmlər və təhlükəsizlik üzrə fəlsəfə doktoru Madina İqibayeva AZƏRTAC-a müsahibəsində sessiyanın əsas mesajları, regional təhlükəsizlik çağırışları və gələcək perspektivlər haqqında ətraflı danışıb. Müsahibəni təqdim edirik.

-Bu yaxınlarda Bakıda AQEM-in 13-cü sessiyası keçirildi və Siz də həmin tədbirdə yaxından iştirak etdiniz. Azərbaycanın AQEM sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətləri və təşəbbüsləri necə qiymətləndirirsiniz?

-Azərbaycanın AQEM sədrliyi xüsusilə fəaliyyətyönümlü olub, dialoqdan kənara çıxaraq konkret təşəbbüslərə keçid edib. Azərbaycan sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürüb, o cümlədən iqtisadi və ekoloji sahələrdə etimad yaradan tədbirlərin praktik tətbiqini həyata keçirib, rəqəmsal gündəmin fəal təşviqini təmin edib. Beyin Mərkəzləri Forumundan əlavə, onun töhfəsinin əsas nümunəsi "AQEM Regional İqtisadi Əməkdaşlıq Strategiyası" təşəbbüsünə verdiyi fəal dəstəkdir. Azərbaycanın irəli sürdüyü bu təşəbbüs böyük iqtisadi potensialımızı konkret əlaqələndirmə layihələrinə çevirməyi hədəfləyir və nəqliyyat dəhlizləri, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi üzərində fokuslanır. Bu, AQEM prinsiplərini birbaşa ümumi rifah üçün nəzərdə tutulmuş çərçivəyə çevirir. Xüsusilə Bakıda keçirilmiş AQEM-in 13-cü Beyin Mərkəzləri Forumu bu kontekstdə diqqətəlayiqdir. Forum dialoqumuzun coğrafi çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib və təşkilatın işinə yeni baxışların daxil olunmasına töhfə verib.

Bundan əlavə, Azərbaycan gənclərin təşkilatın fəaliyyətində iştirakçılığa cəlb edilməsinə xüsusi diqqət ayırıb. Bakıda keçirilən AQEM Gənclər Şurasının iclası, sadəcə, simvolik tədbir deyildi. Bu, gələcək liderlərin səsinin təşkilatın strukturlarında institusionallaşdırılmasına yönəlmişdi. Bu isə həm təşkilatın uzunmüddətli aktuallığını təmin edir, həm də üzv ölkələrdən olan “gələcək qərarvericilər” arasında ümumi məsuliyyət və sahiblik hissini gücləndirirdi. Bir sözlə, Azərbaycan regional sabitliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə davamlı səylər göstərir.

-Kibertəhlükəsizlik sahəsində AQEM üzv dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Bu təşəbbüslər barədə nə düşünürsünüz? Sizcə hansı yeniliklərə daha çox ehtiyac var?

-Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Ən perspektivli istiqamətlərə aşağıdakılar daxildir: kibertəhlükəsizlik üzrə ixtisaslaşmış işçi qrupunun yaradılması, müntəzəm birgə təlimlər və təcrübələr keçirilməsi, təhdidlər barədə məlumat mübadiləsi mexanizmlərinin işlənməsi və üzv dövlətlərin tənzimləyici çərçivələrinin uyğunlaşdırılması.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış bir işçi qrupunun yaradılması ilkin mərhələdə kritik infrastrukturun qorunmasına fokuslana bilər və enerji, maliyyə, nəqliyyat kimi bütün ölkələr üçün həyati əhəmiyyət kəsb edən sahələrdə ortaq qaydalar toplusu yarada bilər.

Birgə təlimlərə gəlincə, biz uğurlu regional nümunələrdən istifadə edə bilərik. Məsələn, “AQEM Kiber Qalxan” ("CICA Cyber Shield") adlı təlimin təşkili üzv dövlətlərə maliyyə sistemlərinə qarşı kiberhücum ssenarisinə koordinasiyalı cavab addımlarını simulyasiya etməyə imkan verərdi. Bu isə kollektiv hazırlığımızı və insidentlərə cavab koordinasiyamızı praktiki və təcrübəyə əsaslanan şəkildə gücləndirərdi. Qaydaların uyğunlaşdırılması baxımından isə ilk faydalı addım milli məlumatların qorunması və kibercinayətkarlıqla bağlı qanunvericiliklərin müqayisəli tədqiqi ola bilərdi. Bu isə tərəfdaşlıq və uyğunluq sahələrini müəyyənləşdirərdi.

-Bəs iqlim təhlükəsizliyi? Bu sahədə AQEM üzv dövlətlərinin birgə təşəbbüsləri, - yaşıl enerji layihələri və transsərhəd su resurslarının idarə olunması və sair, - region üçün hansı praktiki əhəmiyyətə malikdir?

Bildiyimiz kimi, iqlim təhlükəsizliyi yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və siyasi ölçüləri olan kompleks bir çağırışdır. Bu səbəbdən, biz hesab edirik ki, səylər mövcud etimad yaradan tədbirlərə, iqlim aspektinin inteqrasiyasına yönəldilməlidir. Eyni zamanda, iqlim risklərinə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması, yaşıl enerji və davamlı resurs idarəçiliyi sahəsində birgə layihələrin həyata keçirilməsi prioritetlər sırasına daxil edilməlidir.

Təklif etdiyimiz erkən xəbərdarlıq sistemi konkret bir bölgədə, məsələn, Mərkəzi Asiya və ya Cənubi Qafqazda pilot layihə kimi tətbiq oluna bilər. Bu sistem, xüsusilə iqlim dəyişikliyi nəticəsində artan sərhədlərarası təbii fəlakətlərə - sel, quraqlıq və sair fokuslana bilər.

Azərbaycanın coğrafi mövqeyi - Xəzər dənizindən Qafqaz dağlarınadək uzanan müxtəlif iqlim zonaları bu problemlərin ciddiliyini daha dərindən hiss etməyə imkan verir. Ölkənizin bu sahədə topladığı təcrübə AQEM üçün son dərəcə dəyərlidir. Məsələn, Azərbaycanın hidrogen, külək və Günəş enerjisinə böyük sərmayələr yatırması və Avropaya bərpaolunan enerji ixracatçısı olmağı hədəfləyən layihələri regional əməkdaşlıq üçün real və uğurlu nümunədir.

Bununla yanaşı, AQEM çərçivəsində “ədalətli enerji keçidi” strategiyalarının təqdim olunduğu bilik və təcrübə mübadiləsi sessiyalarının təşkili məqsədəuyğun olardı. Bu yanaşma həm iqtisadi inkişaf, həm də ekoloji dayanıqlılıq arasında tarazlıq yaratmağa xidmət edə bilər.

Eyni zamanda, transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində təşkilat daxilində ümumi təşəbbüs formalaşdırmaq olduqca vacibdir. Çünki bir çox üzv ölkələr eyni çay hövzələrini paylaşır və su qıtlığı, çirklənmə kimi ortaq problemlərlə üzləşirlər. Azərbaycanın bu sahədəki təcrübəsi bu istiqamətdə də faydalı töhfə verə bilər.

-Son sualım Qlobal Cənub Ölkələri ilə bağlıdır. Bildiyimiz kimi, bu ölkələr dünya siyasətində uzun illər kifayət qədər təmsil olunmayıb. Bu mövzuda Təşkilat hansı işləri görür? Sizcə, bu addımlar AQEM-in fəaliyyətinə və regiondakı əməkdaşlıq imkanlarına necə töhfə verə bilər?

-Qlobal Cənub ölkələrinin iştirakına gəldikdə isə qeyd etmək istərdim ki, AQEM daha balanslı təmsilçiliyi təmin etmək üçün fəaliyyətini davam etdirir. Planlar arasında bu ölkələrin təşkilatın işçi orqanlarında iştirakının artırılması, ixtisaslaşmış regional məsləhətləşmələrin keçirilməsi, ekspert iştirakını dəstəkləyən mexanizmlərin yaradılması və inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktual məsələlərin gündəliyə daxil edilməsi nəzərdə tutulur.

Bu məsələnin, sadəcə, formal xarakter daşımaması üçün çoxpilləli yanaşma hazırlanır. İlk olaraq, AQEM Ekspertlər Reyestrinin yaradılması nəzərdə tutulur. Bu, məhz Qlobal Cənub ölkələrindən mütəxəssislərin namizədliyinə həsr olunacaq və onların işçi qruplara, tədqiqat layihələrinə daxil edilməsini asanlaşdıracaq.

İkincisi, biz artıq tədbirlərimizi mərkəzləşmədən çıxarmağı planlaşdırırıq. Katibliyimiz Astanada yerləşsə də, “inkişaf iqtisadiyyatı” və ya “texnologiya transferi” mövzularında ixtisaslaşmış seminarların Afrika və Cənub-Şərqi Asiya ölkələrinin paytaxtlarında keçirilməsi bu ərazilərə giriş baryerini fiziki olaraq azaldacaq və müzakirələrə yerli konteksti əlavə edəcək. Nəhayət, gündəliyimizi nəzərdən keçiririk ki, o, yalnız ənənəvi təhlükəsizlik mövzularını deyil, həm də “inkişaf təhlükəsizliyi”ni - qida təhlükəsizliyi, texnologiyaya çıxış və dayanıqlı təchizat zəncirləri kimi məsələləri əhatə etsin. Bunlar Qlobal Cənubdakı tərəfdaşlarımız üçün mütləq prioritetlərdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır