Azərbaycanın U-17 komandası türkiyəli həmyaşıdlarına məğlub olub
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandalar arasında sentyabrın 3-də keçirilmiş oyun Türkiyə millisinin 4:1 hesablı qələbəsi ilə nəticələnmişdi.