Azərbaycanın U-19 millisi macarıstanlı həmyaşıdlarına məğlub olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Macaristan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib.
U-19 turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək.