Azərbaycanın U-19 millisi yoxlama oyununda qələbə qazanıb
Bakı, 25 iyul, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, MOİK-lə qarşılaşan U-19 millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurublar.
U-19 millimizin baş məşqçisi Vüqar Məmməd deyib: "Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]