Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək kollektivin heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev ("Qarabağ") və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıb.
Onların əvəzinə Əkbər Eyubov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub. Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.
Qeyd edək ki, yoldaşlıq oyunları oktyabrın 14-də və 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]