Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini bildirib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tamhüquqlu üzvü olduğu qeyd edilib.
Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]