Azərbaycanın voleybol hakimi Çempionlar Liqasının oyununa təyinat alıb
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov beynəlxalq təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, referi kişi voleybolçular arasında Çempionlar Liqasının oyununda ədaləti qoruyacaq.
E. Zülfüqarov C qrupunda mübarizə aparan Türkiyənin “Halkbank” və İtaliyanın “Gas Sales Daiko” komandalarının matçını idarə edəcək. Yanvarın 10-da “Başkənd İdman Zalı”nda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova isə turnirin B qrupunda baş tutacaq “ACH Volley ” (Sloveniya) - “Trentino” (İtaliya) görüşündə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]