Azərbaycanın xarici işlər naziri Avstriyaya işgüzar səfərə yola düşüb
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və ATƏT-in Nazirlər Şurasının dekabrın 7-8-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.
ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]