Azərbaycanın xarici işlər naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədlərindən danışıb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.
Nazir Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.
Söhbət zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]