Azərbaycanın xarici işlər naziri Fransaya səfərə gedib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya yola düşüb.
AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Paris şəhərində keçiriləcək I Dünya müharibəsinin bitməsinin Yüzillik Mərasimi və Sülh üzrə Paris Forumunda iştirak edəcək.