Azərbaycanın xarici işlər nazirinin argentinalı həmkarı ilə telefon danışığı olub
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı ilk öncə nazir Ceyhun Bayramov nazir Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, alternativ enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu, bununla yanaşı, ötən il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və birgə tədbirlərin keçirilməsi məmnunluqla vurğulanıb.
Ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin böyük əhəmiyyət daşıdığı, tədbirin ölkələrimiz arasında yüksək səviyyəli təmaslar üçün vacib platforma olacağı qeyd edilib.
Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]