Azərbaycanın yeniyetmə karateçisi Avropa çempionatının bürünc medalını qazanıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın yeniyetmə karateçilərdən ibarət seçmə komandasının üzvü Müseyib Məmmədov (42 kq) Avropa çempionatının bürünc medalını qazanıb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, finala gedən yolda Bolqarıstan, Xorvatiya və Ukraynadan olan rəqiblərinə qalib gələn idmançımız yarımfinalda Fransa təmsilçisinə uduzub. M.Məmmədov təsəlliverici görüşdə Macarıstan təmsilçisini məğlub edərək bürünc medala sahib olub.
Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında Avropa çempionatının birinci günündə tatami üzərinə çıxan digər beş idmançımız mükafatçılar sırasına düşə bilməyib. Yeniyetmələr və kata üzrə mübarizə aparan idmançılarımızdan sonra 16-18 və 18-21 yaşlı gənclər də güclərini sınayacaqlar.
Avropa çempionatı üç gün davam edəcək. 17-21 yaşadək idmançılar arasında üç qrupda keçirilən qitə çempionatına 48 ölkədən 943 karateçi qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]