AZƏRBAYCANIN YIĞMA KOMANDASINA VARTSİLA ŞİRKƏTİ SPONSORLUQ ETMİŞDİR
Ölkəmizin milli elektroenergetika baş idarəsi sözügedən şirkətlə sıx iqtisadi əməkdaşlıq edir. Modul tipli elektrik stansiyalarının tikintisi üzrə birincilərdən olan Vartsila şirkəti Azərbaycanda beş belə enerji obyekti ucaldır.
Şirkət ölkəmizdə enerji obyektlərinin tikintisində yaxından iştirak etməklə yanaşı, müxtəlif humanitar layihələrin həyata keçirilməsində də fəallıq göstərir.