Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Qahirə, 11 mart, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ciddədə İslam İnkişaf Bankının (İİB) prezidenti Bəndər Həccar ilə keçirdiyi görüşdə ölkəmizlə bank arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, İslam İnkişaf Bankının prezidenti Azərbaycanın uyğun strukturları ilə keçiriləcək görüşlərdə bankın ölkəmizin iqtisadi inkişafında daha fəal rolu və yeni investisiya layihələrinin həyata keçirilməsini müzakirə edəcəyini bildirib.
Görüşdə qeyd olunub ki, 1992-ci ildən dünyanın ən nüfuzlu maliyyə qurumu olan İslam İnkişaf Bankına üzv olan Azərbaycan bu bankla bir sıra səmərəli investisiya layihələri həyata keçirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]