Azərbaycanlı alim beynəlxalq konfransda “Əlişir Nəvainin ədəbi təxəllüsləri” mövzusunda məruzə edib
Bakı, 24 may, AZƏRTAC
Səmərqənd Dövlət Universitetində "Əlişir Nəvainin dünya ədəbiyyatında tutduğu yeri" adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə universitetin rektoru Rüstəm Xalmuradov açaraq ölkəsində, eləcə də dünyanın əksər ölkələrində “Əlişir Nəvai - 580” ünvanlı beynəlxalq konfranslar təşkil edildiyini və bundan qürur duyduqlarını qeyd edib.
Giriş sözündən sonra ilk olaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin ədəbi təxəllüsləri" mövzusunda məruzəsi, daha sonra isə Türkiyədən nəvaişünas Mustafa Uğurlu, İbrahim Haqqul, Hatəm Ömərov, Müslihiddin Mühiddinov, İbadulla Mirzəyev, Sultanmurad Alim,Nurbay Cabbarov, Sayfiddin Rafiddinov, Aftandil Erkinov, Erqaş Oçilov, Atabəy Jurayev kimi tanınmış nəvaişünas alimlərin məruzələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]